Pullu yolda sürət həddi 120 oldu

Pullu yolda sürət həddi 120 oldu
Sosial 1697
Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi artırılıb.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.O qeyd edib ki, yeni yolda sürət həddi saatda 120 km/saat təyin olunub.Dünya təcrübəsinə əsasən, ödənişli yol istifadəyə verilən zaman mütləq ona alternativ yol da olmalıdır. Həmin yolun asfalt örtüyü keyfiyyət baxımından pullu yoldan geri qalmamalıdır.Qeyd edək ki, əvvəl Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun uzunluğu 204 kilometrdir. Hazırda həmin yoldan istifadə pulsuzdur.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın ilk pullu yolu – Ödənişlər nə qədər olacaq?

Azərbaycanın ilk pullu yolu – Ödənişlər nə qədər olacaq?

Sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.Bir müddət əvvəl is...

6158 Sosial 19:35 18 sentyabr 2018

Son xəbərlər