Şamaxıda yeni istifadəyə verilən yollar dağıldı - Sürüşmə səbəbindən - VİDEO
22
apr
2018
09:05
Şamaxı rayonunda yeni istifadəyə verilən bəzi yolları torpaq sürüşməsi nəticəsində dağılıb. Quşçu-Çaylı yolu çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb.Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çöküb. Nəticədə yolun bir hərəkət hissəsi bağlanıb. Yol kənarındakı nişanlar da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb.Yerli sakinlər deyirlər ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edən sürücülər çətinliklərlə üzləşirlər.Bundan əlavə, yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Sakinlər deyirlər ki, yolun çökməsinə son günlər yağan intensiv yağışlar və yolda hərəkət edən ağır tonnajlı avtomobillər səbəb olur.Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunda da sürüşmə qeydə alınıb. Yoldakı bu problemlə əlaqədar artıq aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.BAKU.WS
Oxşar xəbərlər
Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu dağılıb - FOTO
Şamaxı rayonunda yeni istifadəyə verilən 3i yol torpaq sürüşməsi nəticəsində dağılıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon mərkəzindən 25 kilometr aral...