VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Biləcəri və Xırdalan stansiyalarında dayanacağın verilməsi ilə əlaqədar 2016-cı il noyabrın 19-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov BAKU.WS-ə bildirib ki, beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından isə 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50, 17:00, 18:10 və 18:50-da yola düşəcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca vətəndaşlara məlumat veriləcək.
 
Nazim Babayev
BAKU.WS