VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları qardaş ölkəyə yola salınıb. 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Mülki Müdafiə Qoşunlarının Mühəndis Xidmət rəisinin müavini polkonik-leytenant Yasin Musayev məlumat verib. 
Onun sözlərinə görə, 9 yük avtomobil karvanı Türkiyənin zəlzələ bölgəsinə yola düşüb: "Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınan humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba daxildir".
FHN rəsmisi bildirib ki, 9 yük avtomobilini bir müşahidə nəqliyyat vasitəsi müşayiət edir: "Artıq bu quru yolla qardaş ölkəyə göndərilən üçüncü humanitar yardım karvanıdır".

***11:43

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.

BAKU.WS report-a istinadən xəbər verir ki, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, humanitar yardım 9 yük avtomobili və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir. Humanitar yardıma 1015 çadır və 240 soba daxildir.

BAKU.WS