Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır - FOTO

Naxçıvan Muxtar Respublikasında Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.
BAKU.WS report-a istinadən xəbər verir ki, insanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.
Xatırladaq ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədilə muxtar respublika sakinlərinə müraciət ünvanlamışdı.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 432 nəfər ölüb, 21 103 nəfər yaralanıb. 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Qalereya
Oxşar xəbərlər
Hava şəraiti kəskin dəyişəcək - FHN əhaliyə MÜRACİƏT EDİB
Fövqəladə Hallar Nazirliyi (FHN) kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. FHN-dən BAKU.WS-ə daxil olan müraciətdə deyilir: "Ekologiya və Təbii Sərvə...
