Kann film festivalı ilə bağlı yeni QADAĞA

Bu il 78-ci dəfə təşkil olunan Kann Film Festivalında diqqətçəkən bir dəyişiklik edilib. Festival rəhbərliyi qırmızı xalça mərasimlərində açıq-saçıq geyimlərə qadağa qoyub.
BAKU.WS xəbər verir ki, 24 mayadək davam edəcək beynəlxalq kino tədbiri zamanı, xüsusilə son illərdə top modellər və sosial media fenomenləri tərəfindən seçilən cəsur və diqqətçəkici geyimlərin film ulduzlarının önünə keçməsi festival rəhbərliyinin narahatlığına səbəb olub. Bu da Kannın kino mərkəzli tədbir xarakterini itirib, bir növ moda nümayişinə çevrilib.
Bu səbəbdən festival rəhbərliyi geyim qaydalarını sərtləşdirib. Yeni qərara əsasən, yalnız qırmızı xalçada deyil, festival çərçivəsində keçirilən digər tədbirlərdə də açıq geyimlərə icazə verilməyəcək. Qaydalara əməl etməyən qonaqların qırmızı xalçaya buraxılmayacağı bildirilib.
Yeni protokola görə, kişilər smokin və ya klassik kostyum, qadınlar isə uzun ətəkli ziyafət geyimləri, topuqlu və ya zərif düz ayaqqabılar və kokteyl donları geyinməlidirlər.
Festival rəhbərliyinin bu qərarla Kann Film Festivalının yenidən kinoya fokuslanan bir kimliyə qovuşmasını hədəflədiyi bildirilir.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
