Antalya və İstanbulda zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Türkiyənin iki fərqli bölgəsində zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Afet və Təcili Durum İdarəetmə Başqanlığının (AFAD) rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, saat 07:49-da Antalyanın Kumluca rayonu ərazisində 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin təxminən 29 kilometr dərinliyində baş verib.
Digər bir zəlzələ isə Marmara dənizində, İstanbulun Böyükçəkmecə sahillərində baş verib. Sarsıntının gücü 3,8 bal, dərinliyi isə 6,84 kilometr olub. Zəlzələnin episentri Böyükçəkməcəyə təxminən 20 kilometr məsafədə yerləşib.
Hər iki zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...