Mask rəqs edən insanabənzər robotun videosunu paylaşdı
Amerikalı sahibkar və milyarder İlon Mask rəqs edən insanabənzər robot Optimusun videosunu yayımlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
"Bu, real vaxt rejimində çəkilib", - Mask aydınlıq gətirib.
Robot gücləndirici öyrənmə (RL) istifadə edərək tam şəkildə öyrədilir. Bu üsul sınaq və səhv vasitəsilə təlim prosesinin simulyasiyasına əsaslanır.
Xatıdrladaq ki, Mask daha əvvəl demişdi ki, robotlar yaxın 5 il ərzində cərrahları əvəz edə biləcək. Onun sözlərinə görə, Neuralink neyrotexnologiya şirkəti insan beyin toxumasına elektrodlar daxil etmək üçün cərrahi robotdan istifadə edib.
— gorklon rust (@elonmusk) May 13, 2025
Oxşar xəbərlər
İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 3 püskürmə baş verib. BAKU.WS xəbər verir ki, püskürmə zamanı vulkan külü 800-1000 metr...