Anar qaz pulunu ödəyə bilməyən Əlisa Nicat haqda: "Bizə müraciət etməyib" - FOTO

Ötən gün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicat haqqında paylaşım edib.
BAKU.WS xəbər verir ki, paylaşımda 87 yaşlı Ə.Nicatın sosial təminatının aşağı olduğu, evində gün boyu cəmi 2-3 saat qaz yandıra bildiyi vurğulanıb.

Daha sonra məsələ sosial şəbəkələrin və ictimayyətin gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub. İnsanlar Əlisa Nicatın həyat şəraitinin aşağı olmasında Mədəniyyət Nazirliyini və Azərbaycan Yazıçılar Birliyini günahlandırıb.
Hadisə ilə bağlı BAKU.WS-in əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla əlaqə saxladı.
Qurumun sədri bildirdi ki, məsələdən xəbərsizdir:
"Əlisa Nicat təqaüdlə bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyib. Müraciət etsin, il sonuna qədər məsələyə baxılıb ona təqaüd ayrılar. Əlavə ödəniş üçün bizim heç bir imkanımız yoxdur. Biz ancaq təqaüd ayıra bilərik".
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...
