Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb - Deputat Rüfət Quliyev

Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır. “Piştaxtada məhsulun üzərinə başqa qiymət yazılır, ancaq kassaya gələndə başqa, daha yüksək qiymət olur. Müdriyyəti çağırırsan, gəlib deyir qiyməti dəyişmək yadımızdan çıxıb”, - deyə o qeyd edib.
Deputat iclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərova müraciət edərək bu istiqamətdə tədbirlər görülməsini xahiş edib.
Oxşar xəbərlər
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişikliklər edilib
Nazirlər Kabineti 438 №li Qərara dair izah verib. BAKU.WS Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Azərbaycan dilinin orfoqrafiya normaları “Azərbaycan Res...
