SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli məclisin yeni mövsümündə siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunması və turizm haqqında qanunun təkmilləşdirilməsi və qərarın verilməsi gündəmdə olacaq.

BAKU.WS-in məlumatına görə, bunu İnterpress.az-a Milli Məclisin Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli deyib. 

Komitə sədri uşaqların yay məktəbinin təşkil olunmasında maliyyənin kimlər və ya hansı qrumlar tərəfindən ayrılmasına aydınlıq gətirib:

"Əvvəla Təhsil Nazirliyi burada əlaqələndirci qrum olacaq. Maliyyə məsələsinə gəldikdə isə bunu nazirlik yox, digər qrumlar - məsələn, Yeni Azərbaycan Partiyası, SOCAR, hansısa xeyriyəçilər edəcək. Valideynlər özləri bu mövzuda maraqlıdırlar, yalvarırlar ki, pullarını əlaqələndirci qrumlara versinlər ki, övladları yay məkətbinə qoşulub istirahət edə bilsinlər”, - deyə komitə sədri fikrini yekunlaşdırıb.
 
BAKU.WS