Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində təhlükəsizlik qaydalarına ciddi riayət etməklə minatəmizləmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Baku TV-nin məlumatına görə, ərazilərdə relyefin çətinliyinə baxmayaraq, hər qarış torpaq xüsusi texnika, minatəmizləyən itlər və canlı qüvvənin köməyi ilə diqqətlə yoxlanılır.
Qazax 1 saylı Təmizləmə Yardım Dəstəsinin təmizləmə rəhbəri Qəhrəman Abdullayev bildirib ki, relyefin çətinliyinə və sıx bitki örtüyünə baxmayaraq, rəhbərlik etdiyi heyət hər santimetr torpağın dəqiq və təhlükəsiz şəkildə yoxlanılmasını təmin edir. Onun sözlərinə görə, 2024-cü ilin aprel ayından bu günə qədər Qazax rayonunun işğaldan azad olunmuş 4 kəndində 325 hektar ərazi təmizlənib. Bu müddət ərzində aşkarlanan 1 316 ədəd tapıntıdan 62-si partlamamış sursat, 1 114-ü piyadaəleyhinə, 140-ı isə tank əleyhinə minadır. Qəhrəman Abdullayev qeyd edib ki, minatəmizləmə işləri sürətlə davam etdirilir və əhalinin öz dədə-baba yurdlarına təhlükəsiz şəkildə qayıtması üçün bütün qüvvələr səfərbər olunub. Bu şərəfli peşə sahibləri hər gün canlarını təhlükəyə ataraq azad edilmiş yurd yerlərinin yenidən abadlaşması və insanların rahat gəzə biləcəyi bir məkana çevrilməsi üçün fədakarlıqla çalışırlar.
Oxşar xəbərlər
Erməniəsilli jurnalist: "ABŞ eyni vaxtda iki fərqli ölkəyə - Bosniya və Herseqovinaya qarşı oynadı"
ABŞ-nin erməniəsilli teleaparıcısı Ana Kasparyan TYT telekanalının xəbərlər buraxılışında böyük coğrafi səhvə yol verib. O, ABŞ yığmasının dünya çempionatının 1...