Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb

Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb
Dünya 14

Rusiyanın Donetsk vilayətinin Kramatorsk icmasına zərbələri nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

Onun sözlərinə görə, ölənlər arasında 14 yaşlı yeniyetmə də var.

Filaşkin qeyd edib ki, bu gün gündüz saatlarında Rusiya qoşunları Kramatorsk və Belenkoyeyə yeddi aviabomba atıb. Onlardan biri çoxmərtəbəli yaşayış binasına, digəri mağazaya, qalanları isə fərdi yaşayış sektoruna düşüb.

"Zərbələrin endirildiyi yerlərdə məsul xidmətlər işləyir, zərərçəkənlər lazımi tibbi yardım alırlar", - o yazıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər