SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.

Hazırda qəbul davam edir.

 

 

BAKU.WS
VİDEO