Denis və Reginanın sevgi hekayəsi necə başlayıb? - Hər şeyi danışdılar - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova və 44 günlük Vətən müharibəsinin qazisi Denis Quzlayev ailə həyatı qurublar.
BAKU.WS xəbər verir ki, Milli Qəhrəman Yuri Kovalyovun qızı ilə II Qarabağ müharibəsi qazisinin sevgi hekayəsi hamıda böyük maraq doğurur.
Denis Quzlayev müharibə başlayanda könüllü şəkildə cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Hadrut uğrunda döyüşlərdə iştirak edib, Füzulinin azad olunmasına görə medalla təltif olunub. Xocavənd rayonunun Günəşli kəndində gedən döyüşlərdə ağır yaralanaraq 10 gün komada qalıb.
Cütlüyün münasibəti Vətən müharibəsindən sonra - Denis yaralanıb xəstəxanada müalicə alarkən başlayıb. Regina və Denis qeyri-standart vəziyyətdə tanış olsalar da, dərhal bir-birinin xoşuna gəliblər. Dost olublar. Denislə tanışlıqdan sonra Regina qərara gəlib ki, ona yenidən baş çəksin. Demək olar ki, hər gün xəstəxanaya gedərək Denisə psixoloji dəstək verməyə başlayıb.
Ətraflı İTV-nin videomaterialını təqdim edirik:
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi Milli Qəhrəmanın qızı ilə evlənir - FOTO
Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşırlar. BAKU.WS “Qafqazin...