VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmançı Kamil Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, 1.5 milyon izləyicisi olan instaqram hesabında müharibə bitməsinə baxmayaraq ermənilərin hələ də ona qarşı təxribatının davam etdiyini və onu öldürmək istədiklərini bildirib:

"Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər.

Xəbərlərində öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə eləsinlər. Guya bunlar ağıllıdırlar da, daha demirlər ki, harada olduğumu Bakıya gələndən sonra yazdım. Mövcud olmayan qondarma "Arçax" hələ anlamır ki, Azərbaycanda milyonlarla Kamil Zeynallı var.

Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür, məğlub olmuş erməni hökuməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiniz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir".

BAKU.WS
QALEREYA