SİZİN REKLAM BURADA!
055 213 76 73


Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası bir sıra vəzifələr üzrə qəbul elan edib.

BAKU.WS xəbər verir ki, akademiyada Konstitusiya və inzibati hüquq kafedrasında baş müəllim və müəllim, Cinayət və cəza – icra hüququ və kriminalogiya kafedrasında müəllim, Mülki hüquq və mülki proses kafedrasında müəllim, Ədliyyə sahəsində idarəetmə kafedrasında baş müəllim və müəllim vəzifələri üzrə vakansiya elan edilib.

Təqdim olunan vakansiyalar:

Müsabiqədə iştirak etmək üçün sənədlər bir ay müddətində qəbul edilir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Rektorun adına ərizə;
  • 2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • 3. Tərcümeyi-hal;
  • 4. Ali təhsil haqqında diplomun notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • 5. Elmi ad və dərəcə haqqında sənədlərin surəti;
  • 6. Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
  • 7. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
  • 8. Əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti;
  • 9. Sağlamlıq və ailə tərkibi haqqında arayış;
  • 10. 4*6 sm ölçüdə 4 ədəd, 3*4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;
  • 11. İş yerindən xasiyyətnamə.

Müsabiqədə iştirak etmək istəyənlər həmin sənədləri mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:

Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi,158

Telefon: (99412) 4980983

BAKU.WS