VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri edilib. Belə ki, bəzi şəxslər bundan sonra pensiya yox, müavinət ala biləcək. O şəxslər kimlərdir? Bu proses bundan sonra necə həyata keçiriləcək?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, pensiya almaq üçün müəyyən şərtlər mövcuddur:

“Bəzi şəxslər ki, pensiya alırlar, onların pensiya hüququ yaranır ki, pensiya alırlar. Bu kimlərdir? Kişilər və qadınların yaşı pensiya yaşına gəlib çatır, yaş həddi hər ikisi üçün fərqlidir. Hal-hazırda kişilər 65, qadınlar isə 63 yaşında pensiyaya çıxırlar. Eyni zamanda, yaşdan əlavə sosial sığorta stajı və yaxud da 34 min 500 manat sosial sığorta kapitalı olmalıdır. Bu 3 şərtin 2-si olduğu halda, vətəndaşın pensiya almaq hüququ yaranır”.

Millət vəkili bildirdi ki, pensiya almaq hüququ olmayan şəxslər isə dövlətdən müavinət alırlar:

“Kişilərdə yaş gəlib 65-ə çatdı, qadınlarda da 63-ə, amma nə stajı var, nə pensiya kapitalı. Bu yaşda xanımlar və ya kişilər isə dövlətdən 180 manat məbləğində sosial müavinət alırlar. Onlar pensiya kapitalları olmadığına, vaxtında işləmədikləri və əmək stajları olmadığına görə yaşa görə sosial müavinət alırlar. Bu fərq həmişə olub, bundan sonra da olacaq. Yəni pensiya almaq üçün mütləq ya stajın, ya da pensiya kapitalın olmalıdır”.

Musa Quliyev qeyd etdi ki, qanunda edilən dəyişikliyə əsasən bəzi şəxslər həm müavinət, həm də pensiya alacaq:

“Amma sizin dediyiniz məsələ başqadır. Qanunun 8-ci maddəsinə olunan dəyişiklərlə bağlıdır ki, ailə başçısını itirməyə görə ailə üzvlərinə pensiya verilirdisə və yaxud da onların müavinət hüququ var idisə, onlara müavinət verilmirdi, yalnız pensiya verilirdi. İndi isə həm müavinət, həm də pensiya almaq imkanları yaranacaq. Bu 8-ci maddədə olan dəyişiklərlə əlaqədardır”.

BAKU.WS