1400 müəllim iş yerini dəyişmək istəyir
Azərbaycanda müəllimlərin eyni rayon (şəhər) daxilində yerdəyişməsi üçün sənəd qəbulu başa çatıb.
BAKU.WS-in məlumatına görə, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu proses 26-30 mayda aparılıb. Eyni rayon (şəhər) daxilində iş yerini dəyişmək üçün 1400 müəllim müraciət edib. 700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir.
Müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi isə 8-12 iyunda aparılacaq.
Bu il ümumilikdə müəllimlərin yerdəyişməsi üçün 7 min vakant yer var.
Qeyd edək ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Bundan başqa, müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək. Müddətsiz əmək müqaviləsi ilə çalışanlar və iş yerini dəyişmək istəyən müəllimlər miq.edu.gov.az saytında proqram təminatına daxil olmaqla qeydiyyatdan keçəcək və onlar şəxsi məlumatları ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləyib. Bundan sonra Təhsil Nazirliyi tərəfindən onun iş yerinin dəyişdirilməsinə icazə veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Bu müəllimlər işdən çıxarılacaq
"Təhsil Nazirliyi 2014-cü ildən sonra müsabiqədənkənar işə qəbul edilən, vakansiyalar gizlədilərək işə götürülən müəllimlərin barəsində tədbir görüb. Tədris ili...