“Azəriqaz” yeni sayğaclar alacaq - FOTO
“Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb.
“Azəriqaz” İB-dən BAKU.WS-ə verilən məlumata əsasən, Birliyin baş direktoru Ruslan Əliyevlə ASC-nin icraçı direktoru Ayət Bağırovun imzaladığı sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.
“Gəncə Cihazqayırma Zavodu” ASC ilə imzalanan memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatın yerli istehsalçı tərəfindən ödənilməsi, istehsal edilməsinin hüquqi bazasını təmin edəcək.
Tədbirdə çıxış edən Birliyin baş direktoru Ruslan Əliyev bildirdi ki, bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, eyni zamanda xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq, şəffaflığı təmin edəcək.
Üstəlik, fəaliyyət sahəsi üzrə xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına şərait yaradacaq.
“Gəncə Cihazqayırma Zavodu” ASC-nin icraçı direktoru Ayət Bağırov isə əlavə edib ki, istehsal edəcəkləri sayğaclar abonentlərə göstərilən yüksək səviyyəli xidmətə adekvat olacaq.
Qalereya
Oxşar xəbərlər
Qaz sayğacları ilə bağlı DƏYİŞİKLİK
“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır. Bu barə...