Bakıda xanım sürücünün izinə düşən "Galenwagen" sürücüsü kimdir?
Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də, paytaxtın İnşaatçılar prospektindən başlayıb.
Belə ki, 90-BN-500 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin yanmasını gözləyən zaman qəfildən hərəkətə başlayıb. Məlum olub ki, o, sağ zolaqla hərəkət edən "Changan" markalı avtomobilin xanım sürücüsünü izləyirmiş.
Bir neçə kilometr məsafə qət edən sürücü sonda paytaxtın Fətəli xan Xoyski küçəsində görüntülənib. Videodan da göründüyü kimi, xanım sürücünün yanında dayanaraq onu söhbətə tutmağa başlayıb. Sağ zolaqla hərəkətə başlayan sürücü, xanımın sola döndüyünü görən anda istiqamətini dəyişərək yenidən onun ardına düşüb. Bu zaman manevr qaydasını kobud şəkildə pozaraq təhlükə yaradıb.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Soyuqdəymə, qrip və allergiya zamanı burun tutulmasınırr aradan qaldırmaq üçün istifadə edilən burun spreyləri bir çox insan üçün sürətli həll yolu hesab olunur...