XƏBƏRDARLIQ! Bu tarixlərdə hava kəskin PİSLƏŞİR - Leysan yağış, sel…

XƏBƏRDARLIQ! Bu tarixlərdə hava kəskin PİSLƏŞİR - Leysan yağış, sel…
Sosial 9798

Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var: "Sabah səhər saatlarından yağış tədricən kəsiləcək. Narıncı xəbərdarlığa uyğun olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir 20.8-28.4 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb küləyi mülayimləşəcək".

G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba , Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən, Zaqatalada arabir yağıntılı hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib.

"Bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcəyi, xüsusən də, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gözlənilən leysan xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".

Oxşar xəbərlər

Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI

Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub. Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildi...

141 Sosial 22:22 01 aprel 2025

Son xəbərlər