Aygünlə Namiq toyu konsertə çevirdi
21
okt
2024
10:42
Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yeni görüntüləri ilə diqqət çəkiblər.
BAKU.WS xəbər verir ki, toylardan birində çıxış edən sənətçilər izdihama səbəb olublar.
Belə ki, onlar səhnədən düşərək qonaqlarla birlikdə sevilən duetlərini səsləndiriblər. Toyda iştirak edənlər sənətçilərin ətrafında dövrə yaradaraq, rəqs edib, əyləniblər.
Aygünlə Namiq toyu sözün əsl mənasında konsert zalına çeviriblər.
Məclisdən lentə alınan görüntülər sosial şəbəklərdə yayılaraq müsbət reaksiyaya səbəb olub.
Oxşar xəbərlər
Tanınmış aktyor vəsiyyətini açıqladı: "Dəfn etməyə gələndə özünüzlə spirtli içki gətirin!"
Məşhur aktyor İlyas Salman vəsiyyətini açıqlayıb. BAKU.WS xəbər verir ki, o vəfat edən zaman islam adətlərinə uyğun olaraq yuyulmağını istəməyib. Cənazəsinə...