13 yaşında evləndirilən məşhur müğənni toy fotosunu paylaşdı

13 yaşında evləndirilən məşhur müğənni toy fotosunu paylaşdı
Foto
Dünya 23033

Türkiyəli müğənni Safiye Soyman etirafı ilə hər kəsi şoka salıb.

BAKU.WS xəbər verir ki, sənətçi 13 yaşında evləndirildiyini bildirərək toy fotosunu paylaşıb.

İfaçı 14 yaşında isə ana olub.

Müğənni şəkilə "Bu da mən uşaq gəlin" sözlərini yazıb.

Paylaşılan foto sosial şəbəkələrdə böyük qınağa səbəb olub. İzləyicilər onun valideynlərini "Vicdansız" adlandırıblar.

13 yaşında evləndirilən məşhur müğənni toy fotosunu paylaşdı

Xatırladaq ki, Safiye Soyman 13 yaşı olarkən 24 yaşlı Ziya Akarözə ərə verilib.

Onların evliliyinin ilk üç ili normal keçib. Lakin daha sonra Ziya qumara qurşanır və 1985-ci ildə onlar boşanır.

Safiyenin bu evlilikdən Ümran Erler adlı bir qızı və Harun adlı bir oğlu var. Harun bir neçə ay əvvəl vəfat edib.

İfaçı 2000-ci ildən iş adamı Faik Öztürklə yaşayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin bağırsaq iltihabının beyinə təsirini azalda bilər

Kreatin əlavəsi bağırsaq iltihabının beyində yaratdığı zədələnmələri azaltmağa kömək edə bilər. Siçanlar üzərində aparılan araşdırmada bu maddənin yaddaş və öyr...

53 Dünya 23:51 15 oktyabr 2026

Son xəbərlər