Azərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü, aktyor Şahlar Quliyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə aktyorun oğlu Nofəl Şahlaroğlu şəxsi instaqram hesabından paylaşım edib.
"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…", - deyə aktyor sözügedən paylaşımda bildirib.
Xatırladaq ki, Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib.
1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.
Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib.
O, "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Karmen"də Eskamilio kimi rolları professionallıqla ifa edib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin nazirlik...