Pakistan Prezidenti Dubay hava limanında təyyarədən enərkən ayağını sındırıb
31
okt
2024
23:16
Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Tibbi müayinədən sonra onun ayağının sındığı məlum olub və gips sarğısı qoyulub.
Qeyd olunub ki, Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.
Oxşar xəbərlər
Yeni yaranan planet aşkarlandı
Astronomlar bir milyon ildən də az yaşı olan və Yupiter ölçüsündə yeni yaranan planet aşkarlayıblar. Elias 2-24 b adlandırılan bu səma cisminin olduqca gənc olm...