NRYTN: "WhatsApp" və "Instagram"da problem yarandı

NRYTN: WhatsApp və Instagramda problem yarandı
Sosial 268

Bu gün "WhatsApp" və "Instagram" kimi beynəlxalq platformalara daxilolmada problem yaranıb.

Bu barədə BAKU.WS-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYT) məlumat verilib.

Məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb: "Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb".

Son xəbərlər