Azərbaycan və Çin "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatını müzakirə edib
Azərbaycan və Çinin "China Energy" şirkəti arasında "yaşıl enerji" layihələri və şəbəkə tədqiqatı müzakirə edilib.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazovla "China Energy International Group"un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatının gedişatı müzakirə edilib. Tədqiqatın modelləşdirmə mərhələsi, elektrik sisteminin təhlilinin tamamlanması və yekun hesabatın hazırlanması ilə bağlı görülən işlər nəzərdən keçirilib.
Qeyd olunub ki, tədqiqatın nəticələri şəbəkənin əlavə bərpa olunan enerji güclərini qəbul etmək imkanlarının müəyyənləşdirilməsi və növbəti bərpa olunan enerji layihələrinin mərhələli inkişafının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə, həmçinin "China Energy"nin Azərbaycanda ilk investisiya layihəsi kimi nəzərdə tutulan 160 MVt gücündə günəş elektrik stansiyasının, habelə Xəzər dənizində külək enerjisi layihəsinin icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard dolları ötdü
Bu ilin ilk yeddi ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. BAKU.WS xəbər ve...