Konqoda "Ebola"dan ölənlərin sayı 3200-ü ötdü
Konqoda "Ebola" epidemiyası can almaqda davam edir. Ölkənin Səhiyyə Nazirliyinin açıqladığı son rəsmi statistikaya əsasən, infeksiya nəticəsində həyatını itirənlərin sayı 3 267 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, hazırda virus 6 əyalətin 61 yaşayış məntəqəsində aktiv şəkildə yayılmaqdadır.
Epidemiyanın gedişatını əks etdirən əsas göstəricilər isə aşağıdakı kimidir:
-Təsdiqlənmiş ümumi hallar: 6 757 nəfər
-Vəfat edənlər: 3 267 nəfər
-Sağalanlar: 1 590 nəfər
-Ölüm faizi: 48,3%
Son 24 saat ərzində yeni heç bir ərazidə yoluxma qeydə alınmayıb, daha 27 xəstə isə müalicə olunaraq sağalıb.
Cənubi Kivu əyalətində isə artıq 98 gündür ki, "Ebola"ya yoluxan olmayıb.
Oxşar xəbərlər
Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik enerjisi təchizatı kəsilib. BAKU.WS xəbər verir ki, "Sky Ne...