Təbii inhisar subyektləri ilə bağlı müraciətlərin statistikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı ilin yanvar-iyul ayları ərzində təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin göstəricilərini təqdim edib.
BAKU.WS xəbər verir ki, hesabat dövründə quruma cəmi 774 müraciət daxil olub. Bunlardan 221-i təmin edilib, baxılma nəticəsində 6 min manat vəsait vətəndaşlara qaytarılıb.
Daxil olan müraciətlərin xidmət sahələri üzrə bölgüsü aşağıdakı kimidir:
Elektrik enerjisi xidməti: 215
Qaz təchizatı xidməti: 156
İçməli su xidməti: 110
Hava yolu nəqliyyatı xidməti: 61
Dəmir yolu nəqliyyatı xidməti: 60
Rabitə xidməti: 51
İstilik enerjisi xidməti: 48
Kanalizasiya xidməti: 11
Poçt xidməti: 6
Nəqliyyat xidməti: 4
Digər sahələr: 52
Oxşar xəbərlər
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar....