Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlandı
Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlanıb.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, 395 milyondan çox avtomobilin göstəricilərini araşdıraraq, 250 min mil (təxminən 402 min kilometr) məsafəni qət etmək şansı ən çox olan maşınları müəyyənləşdiriblər.
Bu barədə "iSeeCars Research" tədqiqat şirkətinin analitikləri araşdırma aparıb.
Məlum olub ki, etibarlılıq məsələsində Yaponiya istehsalçılarına çatan yoxdur.
Siyahının lideri "Toyota" markalı avtomobilləri olub.
Bu nəqliyyat vasitələrinin qeyd olunan yürüş həddini aşma ehtimalı 19,7 faizdir.
Bu göstərici orta sənaye göstəricisindən tam 3,7 dəfə yüksəkdir.
Ümumi reytinqin ilk beşliyində bir ABŞ təmsilçisi istisna olmaqla, yalnız Yaponiya maşın markaları qərarlaşıb.
"Toyota"nın ardından lüks subbrend olan "Lexus" (14,4%), daha sonra isə "Honda" (13,3%), "Acura" (9,5%) gəlir.
Beşinci yeri "General Motors" konserninə məxsus "GMC" (5,8%) tutub.
Aparıcı analitik Karl Brauer vurğulayır ki, "Porsche", "BMW", "Audi", "Land Rover" və ya "Buick" kimi bəzi baha qiymətli markaların aşağı nəticə göstərməsi onların keyfiyyətsizliyi demək deyil. Bu, sadəcə sürücülərin həmin avtomobillərdən gündəlik uzun məsafəli səfərlər üçün nadir hallarda istifadə etməsi ilə bağlıdır.
Oxşar xəbərlər
Uitkoff və Kuşner Kiyevə hansı təkliflərlə gedib? - DETALLAR
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ nümayəndələrinin Rusiya ilə sülh prosesinin davam etdirilməsi üçün yeni təkliflər irəli sürdüyünü bildirib. BAK...