Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi - FOTO

Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi - FOTO
Foto
Sosial 57

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.

Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır.

Dönmə siqnalları isə ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır. Davam etdirilən tədbirlər nəticəsində 15 sürücü barəsində protokol tərtib edilib.

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13615 Sosial 16:25 16 mart 2020

Son xəbərlər