SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.

BAKU.WS xəbər verir ki, buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixində Universitet tələbələri sırasından xaric edilib.

Sosial şəbəkələrdə Pərvizin səs yazısı yayılıb. O, qrup yoldaşlarına ona göstərdikləri dəstəyə görə göz yaşları içərisində təşəkkürünü bildirib:

“Vallah, siz əlinizdən gələni etdiniz. Daha heç nəyə ehtiyac yoxdur. Unutmayın məni, bir dənə o yetər. Sizin kimi qrup yoldaşları, dostlar, bəlkə də, tapa bilməyəcəm. Üzrlü sayın məni, aranıza qayıda bilməyəcəm”.

Qeyd edək ki, Pərviz Məhəmmədov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi olub.

Şahidə Tapdıq
BAKU.WS
VİDEO