Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır
19
iyn
2026
23:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.
Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.
Onun ailə üzvləri Rusiyaya getsələr də, nəşinin harada olmasına dair xəbər ala bilmirlər.
Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...