Son bir ayda faciəvi şəkildə ölən tələbələrin FOTOLARI
Son bir ay ərzində müxtəlif səbəblərdən tələbə ölümləri qeydə alınıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün də Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin birinci kurs tələbəsi Vüsal Hacıyev ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, gənc oğlan futbol oynayarkən yerə yıxılıb və dili qatlanıb.
Bu, noyabr ayı ərzində BDU ailəsində baş verən ilk itki deyil. Belə ki, noyabrın 21-də universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubənin həyatı xilas olunsa da, Şəkər hadisə yerində keçinib. O, doğulduğu Qusarın Xurel kəndində torpağa tapşırılıb. Sözügedən zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Daha bir tələbə ölümü isə noyabrın 24-də baş verib. Belə ki, Bakı şəhər sakini Anar Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə elektrik dirəyinə çırpılıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn "VAZ-2109” markalı avtomobilə dəyib. 18 yaşlı tələbə hadisə yerində dünyasını dəyişib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley tədbirində iştirak edib
Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respubl...