Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley tədbirində iştirak edib

Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley tədbirində iştirak edib
Foto
Sosial 510

Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir.

BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Prezident mərasimdə nitq söyləyib.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış ediblər.

Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış edib.

Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı olub.

Sonda Bakı Dövlət Universitetinin himni səsləndirilib.

Oxşar xəbərlər

İlham Əliyev Sumqayıtın 70 illik yubiley tədbirində

İlham Əliyev Sumqayıtın 70 illik yubiley tədbirində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. BAKU.WS...

264 Sosial 14:40 21 noyabr 2019

Son xəbərlər