Qəzada həlak olan tələbələrin ailələrinə maddi yardım göstəriləcək- Rəsmi açıqlama

Qəzada həlak olan tələbələrin ailələrinə maddi yardım göstəriləcək- Rəsmi açıqlama
Sosial 1645
 

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin hər birinin ailəsinə maddi yadım ediləcək.

BAKU.WS-in xəbərində bidirilir ki, bu barədə AzNews.az-a Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli deyib. Onun sözlərinə görə, hadisə nəticəsində universitetin 5 nəfər tələbəsi həlak olub: "Bunlardan ikisi hadisə yerində, üçü isə xəstəxanada dünyasını dəyişib. Tələbələrin hər birinin ailəsinə məlumat verilib. Universitet rəhbərləri hadisə yerinə gedib. Yəqin ki, universitet rəhbərləri və tələbələr onların ailələrində də baş çəkəcək.”

Nazxanım Cəlilli dünyasını dəyişənlərin nümunəvi tələbə olduğunu qeyd edib.

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 17 nəfər də yaralanıb.

Arzu Mirzəyeva

BAKU.WS

Son xəbərlər