Zamiq qazancını buna xərcləyir
Müğənni Zamiq Hüseynov qazancını nəyə xərclədiyini açıqlayıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Həmin Zaur" verilişində gəlirinin çoxunu mahnılara xərclədiyini deyib:
"Qeyri-adi nəyimsə yoxdur. Futbol həvəskarıyam. Bir köhnə maşınım var. Mənim üçün dəyərlidir. Yatırımımı sənətə edirəm. Mahnı oxumaq baha başa gəlir. Kliplə birlikdə mahnıya 30-35 min manat ödəyirəm. Səs, geyimlər, klip... Bunlar olunmalıdır. Konsertlər verirəm. Konsertə bütün biletlərim satıldı, amma bundan əlavə cibimdən pul xərclədim. Bunu heç kim bilmir, ilk dəfə deyirəm ki, cibimdən pul qoydum. Hər şeyin ən yaxşısını etdim. Acından ölməyəcəyəm. Bir formada dolanıram. Amma adıma görə ən yaxşısını etməliyəm".
Oxşar xəbərlər
Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı
"Ölməz" polis obrazı ilə tanınan amerikalı aktyor Bryus Uillisin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Aktyora 2023-cü ildə frontotemporal demensiya diaq...