Zamiq Hüseynov: "Ən zəif nöqtəm budur"
"Həyatda ən böyük missiyam övladımın, uşaqların ən yaxşı səviyyədə təhsil alması və böyüməsidir. Tək öz yox, qardaşım və bacımın, həmçinin digər uşaqlar da var ki, onlara da əlimdən gələn köməyi edirəm".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Müğənni Zamiq Hüseynov "Çərçivədən kənar" verilişində deyib. O, həyatdakı ən böyük missiyasını açıqlayıb:
"Ən böyük missiyam budur ki, uşaqlar yaxşı oxusunlar, savadlı olsunlar. Çünki mən bunlardan kəsilmişəm. Köçkünlük zamanı yaxşı savad almamışam.Amma yaşadığım həyatla çalışmışam ki, özümü düzəldim. Çox təəssüf ki, çadırdakı illər məni oxumağa qoymadı. Şərait sıfır idi. 1990-cı illərdə çox uşağın təhsili zəif oldu. Mənim ən zəif nöqtəm budur".
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...