Yol qəzasında ölən müğənninin görüntüləri (VİDEO)

Yol qəzasında ölən müğənninin görüntüləri (VİDEO)
Video
Şou-biznes 4099
Qax rayonunda yol qəzası zaman ölən müğənni Mehriban Mustafayeva çoxları tərəfindən tanınmır. BAKU.WS xəbər verir ki, uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərən Mehriban zaman-zaman regional kanallarda da çıxış edib. Bölgələrdə məclislərdə iştirak etmiş xanım müğənni taxdığı eynəyi ilə izləyicilərin xatirəsində qalıb. Qeyd edək ki, report-a xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər