Kürdəmirdə dəhşətli qəza: KamAZ bir ailənin dörd üzvünü xəstəxanalıq etdi

Kürdəmirdə dəhşətli qəza: KamAZ bir ailənin dörd üzvünü xəstəxanalıq etdi
Hadisə 1560
Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü yaralanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər