Kürdəmirdə iki avtomobil toqquşub: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Kürdəmirdə iki avtomobil toqquşub: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Hadisə 1161
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı iki minik maşının toqquşub. Nəticədə Zərdab rayon sakini, 1943-ci il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb. Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofelya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri- 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.BAKU.WS

Son xəbərlər