Kürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb

Kürdəmirdə avtomobil səkiyə çırpılıb, 2 uşaq ölüb, 1-i xəsarət alıb
Hadisə 2455
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb. Bakı şəhərinin Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Həkimlərin səyinə baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakı polisinin şöbə rəisinin düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR

Bakı polisinin şöbə rəisinin düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında "Subaru"...

2036 Hadisə 11:16 08 sentyabr 2017

Son xəbərlər