Yol polisi sürücülərə müraciət etdi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib.
İdarənin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, müraciət yol hərəkəti təhlükəsizliyi baxımından sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədardır.
O qeyd edib ki, tədbirlə bağlı Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra "Baku Crystal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən hotellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq: "Bununla əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə hotellərin yerləşdiyi ərazilərdə, eləcə də həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər.
Söhbət məhdudiyyətdən getmir, sadəcə sürücülərə çağırış edirik ki, tədbir zamanı bu ərazilərdən az istifadə etsinlər, tədbiri nəzərə alsınlar. Sürücülərimiz əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, "Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar. Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən hotellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Sürücülərimizdən, paytaxt sakinlərimizdən xahişimiz odur ki, həmin ərəfədə bunu nəzərə alsınlar”.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq
"Yüngül minik avtomobillərin dövlət texniki baxışından keçmə müddəti avqustun 1-də başa çatıb. Nəzərdə tutulan müddət ərzində texniki baxışdan keçməyən avtomobi...