Yeni il gecəsi 3500 AZN-dən 35000 AZN-ə qədər qonorar qazanacaq məşhurlar

Yeni il gecəsi 3500 AZN-dən 35000 AZN-ə qədər qonorar qazanacaq məşhurlar
Video
Şou-biznes 153

Azərbaycanlı müğənnilərin Yeni il gecəsi qonorarları açıqlanıb.

BAKU.WS xəbər verir ki, siyahıda ən çox qonorar 35 000 AZN, ən az qonorar isə 3500 AZN qeyd edilib.

Bu barədə "Maqazin plus" verilişində bildirilib.

Həmin gün ən yüksək qonorarı Xalq artisti Aygün Kazımovanın qazanacağı məlum olub. Sənətçilər ümumi olaraq 4-5 məkanda səhnə alacaqlar.

Azərbaycanlı məşhurların Yeni il gecəsi qazanacağı qonororlar aşağıdakı kimidir:

Xalq artisti Aygün Kazımova

Sənətçi yarım saat çıxış üçün 35 000 AZN qonorar alacaq.

Xalq artisti Röya Ayxan

İfaçı 5 məkanda səhnə alacaq. Bunun üçün Röya Ayxana 30 000 AZN qonorar ödəniləcək.

Əməkdar artist Xumar Qədimova

Sənətçi 5 mahnı üçün 25 000 AZN qonorar alaacq.

Xalq artisti Tünzalə Ağayeva

İfaçı yarım saat üçün 12 000 AZN qazanacaq. O dörd lüks məkanda səhnə alacaq.

Müğənni Miro

Miro yarım saatlıq çıxış üçün 10 000 AZN qazanacaq.

Müğənni Səidə Sultan

Yeni il gecəsi çıxışı zamanı Səidə 8000 AZN qonorar alacaq.

Müğənni Natavan Həbibi

İfaçı paytaxtın 5 dəbdəbəli məkanında çıxış edəcək. O bunun üçün 7000 AZN qonorar alacaq.

Müğənni Nəfəs

Yarım saat çıxış üçün müğənni 5000 AZN alacaq.

Müğənni Aysun İsmayılova

Aysun yarım saatlıq çıxış üçün 4000 AZN qazanacaq.

Müğənni Şəbnəm Tovuzlu

Sənətçi Yeni ildə çıxışı üçün 6000 AZN qonorar alacaq.

Müğənni Vəfa Şərifova

İfaçı həmin gün 4500-5000 AZN qazanacaq.

Müğənni Nərmin Kərimbəyova

Nərmin Yeni il gecəsi 3500 AZN qonorar alacaq.

Son xəbərlər