"Yaşasaydı, 25 yaşı tamam ola bilərdi..." - Hacı Nuran izləyicilərini kövrəltdi - FOTOLAR
10
avq
2018
10:18
Aparıcı Hacı Nuran Hüseynov "Instagram"dakı paylaşımı ilə izləyicilərini kövrəldib. BAKU.WS xəbər verir ki, aparıcı vaxtı ikən sağalması üçün əlindən gələni edən, lakin amansız xəstəliyin qurbanı olan Məhəmməd Şabanovun doğum gününü təbrik edib. Hacı Nuran paylaşımına bu sözləri yazıb:"09.08.2018. Bu gün zamanında yardım etdiyimiz, xərçəng xəstəlikdən əziyyət çəkən Məhəmmədin (09.08.1993 - 23.09.2005) doğum günüdür. Yaşasaydı, 25 yaşı tamam ola bilərdi. Reyhan Qurbacova Allah oğlunu rəhmət eləsin. Allah səbr versin. P.S.: Onun 2004-cü ildə yazdığı məktubunu oxuyarkən göz yaşlarını saxlamaq mümkün deyil".Aparıcının izləyiciləri Məhəmmədə Allahdan rəhmət diləyiblər və çox kövrəldiklərini qeyd ediblər. BAKU.WS
Oxşar xəbərlər
Hacı Nuran Nüsrətin doğum gününü belə təbrik etdi - FOTO
Aparıcı Hacı Nuran Hüseynov şəxsi "Instagram" hesabında yeni foto yerləşdirib. BAKU.WS xəbər verir ki, aparıcı bu dəfə məşhur qəssab Nüsrətlə şəkil çəkdirib və...