Xalq artistinin qızı olduğunu deyən qadın: "Qəbul olunmadığım üçün maska taxıram"
ARB TV-də yayımlanan "Günə Uğurla" verilişində duyğulu anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, studiyaya gələn xanım Xalq artisti Cavan Zeynallının qızı olduğunu iddia edib.
Lakin o, efirə maska ilə çıxıb. Aparıcı maskanı çıxarmağı təklif etsə də, xanım bu tələbi rədd edərək "Əgər bilsəm ki, Cavan Zeynallı məni qızı kimi qəbul edəcək, mənə atalıq edəcək, o zaman maskanı çıxararam. O, məni uşaqlıqdan qəbul etməyib.
Qəbul etsəydi, atmazdı" sözlərini söyləyib.
Xanım əlavə edib ki, yaxınları və ətrafındakı insanlar onu bu görüşdən çəkindirməyə çalışıblar: "Dedilər, o səndən imtina edib. Sən getmə."
Ətraflı videoda:
Oxşar xəbərlər
Ciqanla Oksana rəsmi olaraq boşandı
Reper Ciqanla bloger həyat yoldaşı Oksana Samoylova rəsmi olaraq boşanıblar. BAKU.WS xəbər verir ki, bu barədə "StarHit"ə vəkil Sergey Jorin bildirib. O qeyd e...