Xalq artistinin məhkəməyə verdiyi jurnalist: "Hər kəlməmin arxasında dayanıram" - VİDEO

30
avq
2019
11:40
Xalq artisti Flora Kərimova jurnalist, şairə Ülviyyə Alovlunu məhkəməyə verib. BAKU.WS xəbər verir ki, Alovlu "Hər şey daxil" verilişində məsələdən mətbuatdan xəbər tutduğunu və heç kimi təhqir etmədiyini bildirib:"O, iddia edir ki, təhqir olunduğu üçün məni məhkəməyə verib. Nəinki bu situasiyada, bütün yazılarımda, məqalələrimdə, çıxışlarımda nə vaxtsa kimə isə nə isə demişəmsə, düz demişəm. Hər kəlməmin arxasında dayanıram və lazımdırsa, bir daha təkrar edə bilərəm. Mən özümü, sözümü tanıyan adamam və hər kəlməmin arxasında dayanıram. Bura qədər mənim məhkəmə prosesim olmayıb, ona görə ki, heç vaxt heç kimə buna imkan yaratmamışam.Çünki mən heç vaxt heç kimə şəxsi, təhqiredici və ləyaqətini alçaldacaq bir kəlmə söz istifadə etməmişəm. Mən sadəcə ona ayna effekti olmuşam, güzgü olaraq onun etdiklərini və dediklərini özünə göstərmişəm. Yox, əgər etdiklərini və dediklərini indi təhqir hesab edirsə, o zaman niyə vaxtilə o sözləri deyib və o hərəkətləri edib? Bunu təhqir hesab edirsə, o hərəkəti etməməli idi və deməməli idi.Narazı idisə, mənimlə polemika edə bilərdi, niyə qaça-qaça məhkəməyə verib. Ən maraqlı tərəf budur ki, məni məhkəməyə verib, mənim xəbərim yoxdur. Yaxşı, b u məhkəmə varsa, mənə bildiriş gəlmədən niyə mətbuata sızdırmaqda sənin nə marağın var?"Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Xalq artisti jurnalisti məhkəməyə verdi - Səbəbkar videosu yayılan üç qızdır
Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.Kərimovanın vəkili İlkin Ağazadənin BAKU.WS-ə verdiyi məlumata görə, xalq artisti Flora K...
