“Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş" - VİDEO

“Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş -  VİDEO
Video
Şou-biznes 1989
Xalq artisti Brililant Dadaşova Afət Fərmanqızının xalq artisti Flora Kərimovanı təhqir etməsinə biganə qala bilməyib. BAKU.WS xəbər verir ki, Brillint xanım böyük sənətkarın hansısa bir yeni çıxan müğənni tərəfindən təhqir olunmasının mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirib və ziyalıları bu məsələdə susmamağa çağırıb:“Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş. Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?! Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.

Xatırladaq ki, Flora xanım verilişlərin birində dahi şairimiz Nəsiminin “Sığmazam” qəzəlinə hind ritmləri ilə mahnı oxumasını tənqid etmişdi: 

“Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.


Fərmanqızı sənətkarın tənqidinə təhqirlə cavab verib:

"Bu rəhmətliyi xınaya aparmaq istəyirdim, deyəsən getmək istəmir. Boş-bekar qalıb, hamıya söz atır. Mən olmasaydım, bu kimə söz atıb gündəmə gələcəkdi. Bədbəxt də, ağılsız da sənsən ki, reytinq toplamaq üçün səni efirə çağırıb "tırkalayıb" danışdırırlar". 

Fərmanqızı onu tənqid edən xalq artisti Rasim Balayevə də öz səviyyəsinə uyğun cavab verib: "Hələ bir xalq artisti var, aktyordur. Özünü elə aparır ki, elə bil Nəsimidir. O vaxt məni təhqir edəndə hörmət etdim, cavab vermədim. Başım toylardan açılsın, onun da payını verəcəm".İfaçı daha sonra xalq artistləri Flora Kərimovaya və Rasim Balayevə "qələt edirsiz, məni tənqid edirsiz!" deyib və hər iki sənətkarı onu tənqid etdiyi üçün məhkəməyə verəcəyini bəyan edib:"Bunları məhkəməyə verirəm. Rəhmətliyin (red: F.Kərimovanı nəzərdə tutur) həddini bildirdim. Qələt edirsiz, məni tənqid edirsiz! Ümumiyyətlə, bu kimdir axı, hamıya sataşır?! Oxumuşam, zor eləmişəm! Yenə də oxuyacam! Bunun yiyəsi, oğlu-qızı yoxdur ki, başa salsın ki, sən kimsən ki, qadağa qoyursan". Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər