Afəti yenə ələ saldılar - VİDEO

Afəti yenə ələ saldılar - VİDEO
Video
Şou-biznes 4443
Müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncü-şeş" mahnısı növbəti dəfə gülüş obyektinə çevrilib. BAKU.WS-in məlumatına görə, ifaçı bu dəfə ATV-də yayımlanan “Bacanaqlar” serialının hədəfinə tuş gəlib. Ekran işinin bir bölümündə qonaq qismində rəqqasə Oksana Rəsulova iştirak edib. O, serialın qəhrəmanlarına hind rəqsini öyrətməyə çalışıb. Ancaq rəqsə öyrətdiyi mahnı Afət Fərmanqızının İmadəddin Nəsiminin “Pəncü şeş” qəzəli ilə sintez etdiyi hind mahnısı “Tune Maari Entriyaan” olub. Onların sosial şəbəkədə yayılan videosu maraqla və gülüşlə qarşılanıb. Xatırladaq ki, bir müddət əvvəl "Bu şəhərdə" komandası Afət Fərmanqızını parodiya etmişdi. BAKU.WS

Son xəbərlər